Accessibility links

AzadlıqRadiosu Azərbaycan hakimiyyətini radionun əməkdaşlarına qarşı mənəvi terrora son qoymağa çağırır


AzadlıqRadiosunun Bakı ofisi möhürləndi.

AzadlıqRadiosunun Bakı ofisi möhürləndi.

AzadlıqRadiosu Respublika Prokurorluğu tərəfindən son günlər ünvanına səslənən ittihamları qətiyyətlə rədd edir, bu məlumatların yalan, təxribat və böhtan olduğunu bildirir. Bu barədə AzadlıqRadiosunun məlumatında deyilir.

AzadlıqRadiosu Azərbaycan hakimiyyətini öz əməkdaşlarına qarşı mənəvi terroru dərhal dayandırmağa, istintaqdan siyasi alət kimi istifadə edilməsinə son qoymağa çağırır.

Azad Avropa AzadlıqRadiosunun rəhbəri Nenad Pejic-in öncədən bəyan etdiyi kimi, ölkə rəhbərliyinin əmri ilə həyata keçirilən bu addımlar AzadliqRadiosunun susdurulmasına yönələn quldurluğun tərkib hissəsi, mustəqil jurnalistikaya görə radiodan qisas almaq cəhdidir.

Öz növbəsində Baş Prokurorluğun mətbuat xidməti AzadlıqRadiosu ilə bağlı yaydığı məlumatında deyilir ki, şübhəli bank əməliyyatlarının icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 dekabr 2014-cü il tarixli qərarı ilə “RFE/RL İnc” şirkətinin Azərbaycandakı nümayəndəliyinin, eləcə də onunla əməkdaşlıq etmiş fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlarının, maliyyə vəsaitlərinin xərclənməsinin təyinatının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin və sair daxil olmaların təyinatının qanuniliyinin Azərbaycannın Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlanılması təşkil edilib, həmçinin məhkəmənin eyni tarixli qərarı ilə nümayəndəliyin “Azərbaycan Beynəlxalq Bankı” ASC-də yerləşən bank hesabları üzrə əməliyyatlar müvəqqəti dayandırılıb. Yoxlamanın ilkin nəticələri nümayəndəlik tərəfindən vergilərin dövlət büdcəsinə ödəmədən yayındırılmasında şübhələnməyə əsas verir.

Mətbuat xidməti bildirir ki, hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə ibtidai istintaq tədbirlərinin icrası davam etdirilir.

XS
SM
MD
LG