Accessibility links

Azadlıq qəzetinin bank hesabından həbs götürülüb


Azadlıq qəzeti piket edir
Azadlıq qəzeti piket edir

Rahim Hacıyev borcun kim tərəfindən ödənilməsi ilə bağlı açıqlama verməyib

Oktyabr ayında “Azadlıq” qəzetinin bank hesabına qoyulan həbs götürülüb.

Bu barədə Amerikanın Səsinə qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.

Onun sözlərinə görə qəzetin üzərindəki 65 min manat məhkəmə cəriməsi tam ödənilib.

“Gələn həftənin əvvəlində bu məsələ ilə bağlı geniş açıqlama verəcəyik”, deyə o bildirib.

Rahim Hacıyev borcun kimin hesabına ödənilməsi ilə bağlı açıqlama verməyib.

O əlavə edib ki, redaksiya KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımını almaq üçün quruma müraciət edib.

“Azadlıq” qəzeti Bakı Metropoliten İdarəsinin rəisi Tağı Əhmədovun və iş adamı Kəbirə Məmmədovanın məhkəmə iddiaları üzrə 65 min manat cərimə olunub.

Oktyabrda qəzetin bank hesablana həbs qoyulub, satış nöqtələrindən gələn vəsait bütünlüklə cərimələrin ödənməsinə yönəldilib.

Lakin sonradan qəzetin maliyyə durumu daha da ağırlaşıb, bir neçə gün çapı dayandırlıb..Sonradan qəzet üçün yığılan ianə marafonu nəticəsində nəşrin çapı bərpa olunub .

"Azadlıq" qəzeti 1989-cu ildə təsis olunub. İlk nömrəsi 1989-cu il dekabrın 24-də çıxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG