Accessibility links

Sivil Toplum Platforması hökuməti Azadlıq qəzetinin problemini həll etməyə çağırır


Azadlıq qəzeti Qasid firması qarşısında piket keçirib

Azadlıq qəzeti Qasid firması qarşısında piket keçirib

Biz, Sivil Toplum Platformasının təmsilçiləri səlahiyyətli dövlət rəsmilərinə müraciət edərək, “Azadlıq”la bağlı yaranmış problemi həll etməyə çağırırıq. Əks halda borc bəhanəsi ilə bu qəzetin yayımının dayandırılması azad sözə və mətbuata təzyiq kimi qiymətləndiriləcək. Bu barədə Sivil Toplum Platformasının “Azadlıq” qəzeti ilə bağlı bəyanatında deyilir.

Sənəddə deyilir ki, ölkənin ilk müstəqil qəzetlərindən biri, hökumətə qarşı tənqidçi fikirlərə geniş yer ayıran “Azadlıq” qəzeti ciddi şəkildə bağlanmaq təhlükəsi ilə üzləşib.

“Dövlətə məxsus “Azərbaycan” nəşriyyatı qəzetə bir həftə vaxt verərək nəşriyyata borcunu ödəməyəcəyi halda, “Azadlıq”ın çapını dayandıracağını bəyan edib. Bağlanmaya səbəb kmi bu qəzetin dövlətə məxsus “Azərbaycan” nəşriyyatına çap və kommunal xərclərə görə yaranan borcu göstərilsə də, əslində bu sadəcə bəhanədir. Əsil səbəb bu mətbu orqanın hələ də tənqidçi düşüncəyə geniş meydan verməsi, hökuməti açıq tənqid etməsidir”.

Sivil Toplum Platforması bildirir ki, Azərbaycan mətbu orqanları manatın son devalvasiyasından sonra onsuz da ağır durumla üzləşib.

“Xaricdən alınan kağızın qiyməti kəskin bahalaşdırılıb. Eyni zamanda məlum olub ki, monopolist dövlət nəşriyyatı bu il yanvarın 5-dən çap xərclərini 25 faiz artırıb. Qəzetlərin bu durumda satış qiymətlərini qaldırması isə satışda azalmaya səbəb olub. Üstəlik, son illər metrolarda yayımın dayandırılması, əl yayımının qadağan olunması, “Qaya” mətbuat yayımının Bakı şəhərindəki bütün köşklərinin yığışdırılması, yayım bazarında mövcud olan yayımçıların oliqarx-məmurların himayəsində olan digər bir yayımçıya yer açmaq üçün sıxışdırılıb çıxarılması, regionlarda qəzet yayımının demək olar ki, təşkil olunmaması, onsuz da qəzetlərin vəziyyətini kəskin ağırlaşdırıb. Bu problmlərə əlavə olaraq, “Azadlıq” qəzetinə dövlət qurumu olan “Qasid” yayım firmasının 70 min manat borcunun qaytarılmaması, yaxud nəşriyyata olan 20 min manat borcla əvəzləşririlməməsi ciddi şübhələr yaradır”.

Bəyanatda həmçinin hazırda 15 nəfər ifadə azadlığı carçısı olan müstəqil jurnalistlərin, blogerlərin həbsdə oludğu xatırladılır.

XS
SM
MD
LG