Accessibility links

Azadlıq qəzetinə yardım və abunə marafonu başlayıb (Video-müsahibələr, Əli Kərimli, Rahim Hacıyev və ianəçilərin dedikləri)


Marafonda yüzlərlə adam iştirak edir

Noyabrın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahında “Azadlıq” qəzeti üçün ianə toplama və abunə yazılma aksiyası-marafonu start götürüb.

Hələ ilk saatlarda aksiyada yüzlərlə insan – müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin fəalları, ziyalılar, adi vətəndaşlar iştirak edib.

Bəzi aksiya iştirakçıları 1000 dollara qədər məbləğdə şəxsi vəsaitlərini ianə edib.

​“Azadlıq” qəzeti Azərbaycan xalqının səsidir, onun susdurulmasına imkan verməyəcəyik”, deyə aksiya iştirakçılarından biri bildirib.

Marafon Tələt Şıxəliyev küçəsi, 8 (Nərimanov rayonu, “Şərq bazarı” yaxınlığında) ünvanında davam edir.

“Azərbaycan” nəşriyyatı noyabrın 13-dən “Azadlıq” qəzetinin 25 min manat məbləğində borcu olması bəhanəsi ilə qəzetin nəşrini dayandırıb. Eyni zamanda, digər dövlət təşkilatı - “Qasid” firması “Azadlıq” qəzetinə satılmış qəzet nüsxələrinə görə yığılmış 55 min manat məbləğində borcunu ödəmir.

Digər tərəfdən, məhkəmələr “Azadlıq” qəzetinin üzərinə 65 min manat məbləğində cərimə qoyub.

Qəzetin metroda satışı qadağan edilib, küçədə yayılmasına maneələr yaradılır.

XS
SM
MD
LG