Accessibility links

Azadlıq və Yeni Müsavat qəzetləri Qasid Firmasına “Pulumu ver!” deyib


“Azadlıq” və “Yeni Müsavat” qəzetinin əməkdaşlarının “Qasid” Firmasının ofisi qarşısında etiraz aksiyası
“Azadlıq” və “Yeni Müsavat” qəzetinin əməkdaşlarının “Qasid” Firmasının ofisi qarşısında etiraz aksiyası

Jurnalistlər Qasidə etiraz edib. Firma qəzetlərə olan 50 min manat borcunu qaytarmır

Oktyabrın 18-də “Azadlıq” və “Yeni Müsavat” qəzetinin əməkdaşları “Qasid” Mətbuat Yayımı Firmasının ofisi qarşısında “Pulumuzu ver!” şüarı ilə etiraz aksiyası keçirib.

“Qasid” uzun müddətdən bəri bu qəzetlərin satışından əldə etdiyi pulu qaytarmır. Belə ki, firmanın “Azadlıq” qəzetinə 35 min, “Yeni Müsavat” qəzetinə isə 15 min manat borcu yaranıb. Qəzetlərin müraciətlərinə baxmayaraq, borc qaytarılmır.

Firmanın rəhbəri Mirkazım Kazımov etirazçılara bu ilin sonunadək borcun qaytarılmasına söz verib. Amma qəzetlərin rəhbərləri borcun qaytarılacağına inanmır.

“Aprel ayından başlayaraq “Qasid” borcun qaytarılacağı ilə bağlı vədlər verir. Amma bu günədək borcunu qaytarmır. Bundan sonra da borcun qaytarılacağına inanmırıq. Hər halda, M.Kazımovun bu gün dediklərinə əməl edəcəyi, ona inam üçün bir daha əsas ola bilər”, - deyə “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG