Accessibility links

“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin kollektivi etiraz edir


"Azadlıq" və "Yeni Müsavat" qəzetinin kollektivi etiraz edir
"Azadlıq" və "Yeni Müsavat" qəzetinin kollektivi etiraz edir

Qəzetlərin kollektivi “Qasid” firmasından borclarını qaytarmasını tələb edib

Dekabrın 28-də “Azadlıq” və “Yeni Müsavat”qəzetlərinin kollektivi “Qasid” Yayım Firmasının qarşısında piket keçirib.

“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev və köşə yazarı Şahvələd Çobanoğlu çıxış edərək firmanın qəzetlərə olan borcunun ödənilməsinin vacibliyini deyib.
“Qasid” firması “Azadlıq” qəzetinə olan 35 min manatlıq borcunu hələ də ödəmir, bu isə kollektivə ciddi maliyyə problem yaradır”, R.Hacıyev bildirib.

Jurnalistlər “Qasid”in rəhbərliyinə ünvanlanan “Pulumuzu verin” şüarı da səsləndirib.
Aksiya iştirakçıları “Qasid” firmasının direktoru Mirkazım Kazımov tərəfoindən qəbul edilib.

Görüş zamanı M.Kazımov qəzetlərə olan borclarını qaytarmaqla bağlı hər hansı konkret fikir bildirməyib. O, ümumi sözlərlə borcu qaytaracaqlarını vəd edib. Özlərinin də maliyyə böhranı içində olduqlarını deyən firma direktoru gələn ilin fevralından vəziyyətləri yaxşılaşacağı halda qəzetlərə olan borclarını ödəməyə başlayacaqlarını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG