Accessibility links

Qəzetin nəşriyyata böyük borcu yaranıb, “Qasid” firması isə borcunu vermir

“Azadlıq” qəzetinin çapı dayandırılıb, sabah satışda olmayacaq.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Turana bildirib ki, “Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib.

“Səbəb qəzetin nəşriyyata olan borclarıdır. Qəzetin nəşriyyata 20 min manatdan artıq borcu yığılıb. Qəzet borcu düşünülmüş şəkildə salındığı maliyyə böhranına görə ödəyə bilmir. Qəzetin ən böyük satıcısı “Qasid” firması ona olan 70 min manatdan artıq borcunu ödəmir. KİV-ə dövlət dəstəyi fondu da qəzetin layihələrini maliyyələşdirməkdən imtina edib. Qəzet satış firmalarına yaradılan əngəllərə görə “Azadlıq”ın tirajı və deməli, gəlirləri də azalıb. Nəşriyyatın sanksiyası artıq bu gündən qüvvəyə minib və qəzet sabah satışda olmayacaq”, o qeyd edib.

XS
SM
MD
LG