Accessibility links

Azadlıq qəzetinin redaktoru istintaqda dindirilib


Sücəddin Şərifov

Sücəddin Şərifov

Sentyabrın 7-də “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində ifadə verib. Bu barədə Sücəddin Şərifov özü məlumat verib.

“Bu gün səhər saatlarında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən zəng edib şahid qismində dəvət olundum. Təfərrüatlara vara bilmərəm. Ümumi onu deyə bilərəm ki, saat 15-də başlayan dindirmə iki saata yaxın çəkdi. Suallar Faiq Əmirliyə açılmış cinayət işi ilə bağlı idi. Dindirilmə idarənin müstəntiqi Aqil Ələsgərov tərəfindən aparıldı”, o qeyd edib.

Sücəddin Şərifovdan əvvəl qəzetin əməkdaşları Xəyal Babayev və Vidadi Məmmədov da Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsində bu işlə bağlı dindirilib.

XS
SM
MD
LG