Accessibility links

Azadlıq radiosunun bölgə müxbiri döyülüb


Elçin İsmayıl (Foto azadlıq.org saytından götürülüb)

Elçin İsmayıl (Foto azadlıq.org saytından götürülüb)

Müxbir reportaj hazırlayarkən fiziki təzyiqə məruz qalıb

Mayın 26-da Azadlıq radiosunun bölgə müxbiri Elçin İsmayıl İsmayıllı rayonunun Buynuz kəndində (Bakıdan 170 kilometr şimal-qərb) fiziki təzyiqə məruz qalıb.

Müxbir Amerikanın Səsinə bildirib ki, Buynuz kəndində sakinlərin şikayəti əsasında çəkiliş aparırmış. “Xəsarət yetirən şəxslər kameramı sındırıblar və burun nahiyəmdən zərbə vurublar. Məni təhqir ediblər”.

Sakinlər ərazidəki restoranların su xətlərinə qanunsuz müdaxilə etməsindən və bu səbədən kəndin içməli su təchizatında fasilə yaranmasından şikayət edib. “Bu şikayət əsasında mən Buynuz kəndinə çəkilişə getdim. Çəkiliş apardığım obyekt Qəbələnin Tikanlı kəndindən olan Fazil Şəfiyevə məxsusdur. Çəkiliş zamanı Fazil Şəfiyev və işçisi məni vurdular, söyüb təhqir etdilər”, müxbir qeyd edib.

İsmayıl döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin “102- Qaynar Xətt” xidmətinə və İsmayıllı rayon Polis Şöbəsinə müraciət edib. Müxbir xəsarət yetirən şəxslərin polis bölməsinə gətirildiyini deyib.

Bununla belə onlar müxbiri döydüklərini təkzib edirlər.
XS
SM
MD
LG