Accessibility links

AzadlıqRadiosunun Bakı Bürosu möhürlənib [Yeni video]


Çoxsaylı sənədlər və texniki vasitələr götürülüb

Dekabrın 26-da yerli vaxtla saat 18-də AzadlıqRadiosunun Bakı bürosunun ofisinin qapıları prokurorluq tərəfindən möhürlənib. Ofis Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yasamal rayon şöbəsinin mühafizəsinə verilib. Bu barədə Amerikanın Səsinə vəkil Yalçın İmanov bildirib.

Bu gün saat 10-30-dan saat 18-dək Baş Prokurorluğun Ağır Cinayətlərə dair İçlər üzrə İstintaq İdarəsi radiounun ofisində QHT-lərlə haqqında cinayət işi ilə bağlı axtarış aparıb. “Axtarış və ofisin möhürlənməsi tam qanunsuzdur. İstintaq orqanı ofisin qapılarının möhürlənməsinin səbəbini və hüququ əsaslarını izah etmədi. Ofisin nə vaxt açılacağını da demədilər”, vəkil qeyd edib.

İmanovun sözlərinə görə istintaq orqanı ofisdən mühasibatlıq sənədlərini, müqavilələri, o cümlədən əmək müqavilələrini, yaddaş kartlarını, CD-ləri, fləş kartları, işçilərin vəsiqələrini, möhür və ştampları, sim kartları, radionun serverini və başqa çoxsaylı sənədləri götürüb.

XS
SM
MD
LG