Accessibility links

AzadlıqRadiosunun daha iki əməkdaşı dindirilib


AzadlıqRadiosunun internet səhifəsi

AzadlıqRadiosunun internet səhifəsi

Dekabrın 30-da AzadlıqRadiosunun əməkdaşlarının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilməsi davam edib.

AzadlıqRadiosunun məlumatına görə bu gün radionun daha iki əməkdaşı müstəntiqlərin suallarını cavablandırıb.

Radionun Bakı bürosunun keçmiş koordinatoru Babək Bəkir şahid qismində 3 saata yaxın dindirilib. Dindirmədə onu hüquqşünas Namizəd Səfərov müşayiət edib.

QHT-lərlə bağlı cinayət işi üzrə dekabrın 26-da AzadlıqRadiosunun Bakı bürosunun ofisində axtarış aparılıb və ofisin qapısı möhürlənib. Dekabrın 27-dən radio əməkdaşlarının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilməsinə başlanıb. İndiyədək radiounun 30-dək əməkdaşı dindirilib.

XS
SM
MD
LG