Accessibility links

Prokurorluq Azadlıq qəzetinə xəbərdarlıq edib


"Azadlıq" qəzetinin redaktor müavini Rahim Hacıyev

"Azadlıq" qəzetinin redaktor müavini Rahim Hacıyev

Qəzet Şamaxıda etiraz aksiyası olacağını yazıb. Prokurorluq redaktora xəbərdarlıq edib

Baş Prokurorluğun mətbuat xidməti “Azadlıq” qəzetinin 5 fevral buraxılışında “Şamaxıda etiraz mitinqi hazırlanır” başlıqlı yazı ilə bağlı bəyanat yayıb.

Məqalədə deyilir ki, fevralın 20-də icra hakimiyyətinin binası qarşısında sosial problemlərlə əlaqədar etiraz aksiyası keçiriləcək və icra hakimiyyətinə artıq müvafiq müraciət göndərilib.

Prokurorluğun bəyanatında qeyd edilir ki, bu material “obyektiv həqiqəti əks etdirmir, ictimai rəyə təsir etmək və regionlarda gərginliyi artırmaq, son nəticədə ölkədə sabitliyi pozmaq məqsədilə həyata keçirilən qanunsuz hərəkətdir”.

Prokurorluq həmçinin iddia edir ki, mitinqlə bağlı heç kim icra hakimiyyətinə müraciət etməyib və aksiyaya hazırlıq aparılmır.

Bununla əlaqədar olaraq qəzetin redaktoru Rəhim Hacıyev prokurorluğa dəvət edilib, ona “sabitliyin pozulması məqsədilə təkrarən yalan məlumat dərc edildiyi halda” inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq edilib”, deyə məlumatda bildirilir.
XS
SM
MD
LG