Accessibility links

Azadlıq bloku mitinq keçirməyə cəhd edib


Azadlıq bloku mitinq keçirməyə cəhd edib

Azadlıq bloku mitinq keçirməyə cəhd edib

Polis bölməsində olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı telefonla “Amerikanın səsi” radiosuna bildirib ki, onunla birlikdə bu bir polis bölməsində 64 nəfəri saxlanıb

“Azadlıq” siyasi bloku azad seçkilər şüarı ilə mitinq keçirməyə cəhd edib. Blokun fəalları bu dəfə şəhərin bir neçə yerində - Azərbaycan kinoteatrının qarşısında, Sabir və Nizami bağlarında qruplar şəklində peyda olaraq dəfələrlə “Azadlıq”, “Azad seçki” və “İstefa” şüarları səsləndirib. Bütün hallarda polis cəhdin qarşısını alıb. Çoxsaylı fəal saxlanıb.

Hazırda polis bölməsində olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı telefonla “Amerikanın səsi” radiosuna bildirib ki, onunla birlikdə bu bir polis bölməsində 64 nəfəri saxlanıb.

Cənab Qəhrəmanlının dediyinə görə, polis bölməsində saxlanan fəallardan bir neçəsinə saxlanan zaman fiziki təzyiq olub.

Daxili İşlər nazirliyinin mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov aksiya iştirakçılarına fiziki təzyiqlər olması ilə bağlı deyilənləri təkzib edib. Onun sözlərinə görə, qanunsuz aksiyanın 35-dək iştirakçısı saxlanıb.

AXCP sədri Əli Kərimli isə saxlananların 80 nəfərdən çox olduğunu deyir. O “Amerikanın səsi” radiosuna müsahibəsində aksiyaların davam etdiriləcəyini bildirib.

XS
SM
MD
LG