Accessibility links

"Azadlıq" bloku seçki və toplaşmaq azadlığı tələbilə piket keçirməyə cəhd göstərib


"Azadlıq" bloku seçki və toplaşmaq azadlığı tələbilə piket keçirməyə cəhd göstərib

"Azadlıq" bloku seçki və toplaşmaq azadlığı tələbilə piket keçirməyə cəhd göstərib

Cəhdin qarşısı alınsa da etirazçılar fikrilərini jurnalistlərlə bölə bilib

“Azadlıq” siyasi blokuna daxil olan partiyaların fəalları Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığı, azad seçki şüarları ilə piket keçirməyə cəhd edib. Cəhdin qarşısı alınsa da etirazçılar fikrilərini jurnalistlərlə bölə bilib. Onlar seçki və toplaşmaq azadlığı ilə yanaşı, ləyaqətli yaşamaq hüququnun təmin edilməsini də istədiklərini bildirib.

“Xalq Cəbhəsi” partiyasının sədr müavini Razi Nurullayev bildirib ki, “Azadlıq” bloku 80 nəfərin saxlanmasına baxmayaraq, şüarlarını səsləndirib və ictimai diqqəti cəlb edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə qanunsuz aksiya zamanı 20 nəfərin saxlandığını bildirib.

XS
SM
MD
LG