Accessibility links

Noyabrın 15-də Azadlıq qəzeti yardım marafonuna başlayır (Video-reportaj)


Marafona AXCP-nin qərargahında start veriləcək

Noyabrın 15-də yerli vaxtla saat 12.00-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının yeni ofisində (Tələt Şıxəliyev küçəsi, 8) “Azadlıq” qəzetinə yardım məqsədi ilə xeyriyyə marafonuna start veriləcək. Bu barədə bu günkü mətbuat konfransında “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.

Noyabrın 12-də Azərbaycanın müstəqillik dövrünün ilk müstəqil nəşri olan “Azadlıq” qəzetinin çapından “Azərbaycan” nəşriyyatı imtina edib. Qəzet çap edilmir.

Mətbuat konfransında Bakıda akreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təçsilçiləri, ziyalılar, ictimai xadimlər iştirak edib.
Hacıyev bildirib ki, “Azadlıq” qəzeti “Azərbaycan” nəşriyyatına 24 min manat borcunu ödəyə bilmir. Nəşriyyatın rəhbərliyi ilə qəzetin çapının davam etdirilməsi ilə bağlı razılıq əldə edilməyib.

“Belə ki, “Qasid” Yayım Şirkəti qəzetə olan 57 min manat borcunu ödəmir və məhkəmə qəzetin bank hesabına həbs qoyub. Məhkəmlər vasitəsi ilə qəzet 65 min manatdan çox cərimə edilib. Bütün bunlar ölkədə azad sözün susdurulmasına yönəldilib və hakimiyyət bunu məqsədli şəkildə edir”, o qeyd edib.

Redaktor müavini təzyiqlərə baxmayaraq qəzetin kursundan geri çəkilməyəcəyini bildirib.

“Azadlıq” qəzetinin qapıları bağlı qalsa belə qəzet kursundan geri çəkilməyəcək. Biz söz azadlığı, demokratiya uğrunda mübarizəmizi davam etdirəcəyik və nəhayətdə qalib gələcəyik”, Hacıyev demokratik icitmaiyyəti qəzetə dəstətk verməyə çağırıb.
Tanınmış vəkil Aslan İsmayılov qəzeti Azərbaycanda çox az müstəqil qurumlardan biri kimi dəyərləndirib, belə qurumları qorumağın vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən ictmai xadimlər, QHT təmsilçiləri, inanclı kəsimin nümayəndələri yardım üçün yerli və beyənlxalq ictimiyyətə çağırışlar ediblər.
XS
SM
MD
LG