Accessibility links

Qəzet iqtidara qarşı sərt tənqidi mövqe tutmasını yada salır və hücumların arxasında siyasi sifarişin dayandığına iddia edir. Rəsmi Bakı isə internetə girişə hər hansı məhdudiyyət tətbiq edilmədiyini bildirir.

Əsas müxalifət qəzetlərindən olan Azadlıq qəzeti internet saytına qarşı son iki ildə aramsız kiberhücumlarla bağlı bəyanat yayıb.
Sənəddə deyilir ki, hücumlar nəticəsində qəzetin saytı bir neçə dəfə dağılıb, qəzet yeni sayt yaratmaq məcburiyyətində qalıb. Sonuncu dəfə qəzetin yeni saytı bu ilin əvvəlində işə salınıb, amma yeni sayta da hücumlar qeydə alınıb.

Azadlıq qəzetinin hakimiyyətə qarşı sərt tənqidi mövqe tutmasını yada salır və hücumların arxasında siyasi sifarişin və ya xüsusi xidmət qruplarının dayandığına iddia edir. “Aylardır davam edən hücumların nəticəsi olaraq, son günlərdə sayta daxil olmaq kəskin şəkildə çətinləşib, bəzi hallarda isə ümumiyyətlə mümkün olmur. Qəzet əməkdaşlarının profilaktik səylərinə baxmayaraq sentyabrın 5-də saat 22.00 radələrində saytın server bağlantısı tamamilə kəsilib”.

Azadlıq qəzeti hazırda saytın bərpası üçün çalışmaları davam etdirir.

Xatırladaq ki, rəsmi Bakı ölkədə internetə girişə hər hansı məhdudiyyət tətbiq edilmədiyini bəyan edib.

XS
SM
MD
LG