Accessibility links

Gün ərzində AzadlıqRadisounun 20-dən çox əməkdaşı dindirilib


Azadlıq radiosu

Azadlıq radiosu

Dekabrın 28-i bazar günü olmasına baxmayaraq saat 9-dan başlayaraq saat 20.30-dək AzadlıqRadiosunun 20-dən çox əməkdaşı və keçmiş işçiləri Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində ifadə verib.

Amerikanın Səsinin İstintaq İdarəsinin qarşısında dindirilmə prosesini izləyən müxbirinin məlumatına görə əməkdaşlar orta hesabla bir saatdan üç saatadək şahid qismində ayrı-ayrı müstəntiqlər tərəfindən dindirilib.

Jurnalistlər QHT-lərlə bağlı cinayət işi üzrə ifadə verib. Onların demək olar ki, hamısı polis vasitəsi ilə istintaqa gətirilib. İstintaqdan çıxarkən jurnalistlərin bir çoxu vəkil ilə müqavilə bağlamağa belə imkan verilmədiyini deyib.

İstintaq sirrini yaymamaq barədə iltizam alındığından dindirilən şəxslər istintaqın maraqlandığı məsələlərlə bağlı məlumat verməkdən imtina edib.

Bununla yanaşı müşahidəçilər istintaq idarəsinin bazar (istirahət günü) və qərbdə bayram günlərində belə sürətlə dindirmə aparmasının məntiqini izah edə bilmir. Eyni zamanda iş günü olmadığından Baş Prokurorluğun mətbuat xidmətindən istintaqın belə sürətlə və intensiv aparılmasının səbəbləri ilə bağlı şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG