Accessibility links

Brüsseldəki partlayışlardan sonra Azərbaycanın hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib


Bakı hava limanı

Bakı hava limanı

Brüsseldəki partlayışlardan sonra Bakıdakı və regionlardakı hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bakı hava limanı

Bakı hava limanı

Azərbaycan Hava Yolları - AZAL şirkətinin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin ANS PRESS-ə bildirib ki, bu tədbirlər bu gün Brüsselin beynəlxalq hava limanında baş verən terror aktı fonunda “Azərbaycan hava yolları” rəhbərliyinin tapşırığına əsasən həyata keçirilir.

Aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsi ilə bağlı ölkədəki bütün hava limanlarının təhlükəsizlik xidmətlərinə müvafiq tapşırıqlar verilib.

Kəsəmənski həmçinin bildirib ki, Azərbaycanın mülki aviasiya obyektləri mütəmadi yoxlanılır və plan üzrə nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçirilir.

XS
SM
MD
LG