Accessibility links

Arif Məmmədov: Azərbaycan və ABŞ aviaşirkətləri iki ölkə daxilində məhduddiyyətsiz iş aparacaq


Arif Məmmədov

Arif Məmmədov

Aprelin 6-da Bakıda Azərbaycan və ABŞ arasında imzalanan aviadaşımalar bazarının liberallaşdırılması üzrə "Açıq Səma Sazişi" (Open Skies Agreement) üzərində 4 il hazırlıq işləri aparılıb. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Arif Məmmədov bildirib.

"Bu sazişin ərsəyə gəlməsində Azərbaycanın Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Xarici İşlər Nazirliyi və digər qurumların razılığı əldə edilib. Bu sənəd həm Azərbaycan, həm də ABŞ aviaşirkətlərinə iki ölkə daxilində məhduddiyyətsiz iş aparmağa imkan verir", vitse-prezident qeyd edib.

"Məsələn, AZAL ABŞ-ın bir şəhərinə uçub gəldikdən sonra oradan sərnişin və ya yük götürüb başqa şəhərə uçuş yerinə yetirə bilər. ABŞ aviaşirkətləri də Azərbaycana gəldikdə sərbəs seçimlə istədikləri xidmətləri ala bilər, başqa şəhərlərdə bu fəaliyyəti davam etdirə bilərlər. Bir sözlə, mülki aviasiya sahəsində mövcud olan bütün məhdudiyyətlər bu sazişlə aradan qaldırılıb", o vurğulayıb.

XS
SM
MD
LG