Accessibility links

Azərbaycan və Moldova iqtisadi-ticarət əlaqələrini genişləndirir


Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov
Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov

Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlarda əsas vacib məsələlərdə mövqeləri üst-üstə düşür. BMT-də Avropa İttifaqında və digər beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edirlər. Hər iki ölkə arasında siyasi və iqtisadi münasibətlər uğurludur. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Moldova Baş nazirinin müavini və xarici işlər naziri Natalya Germanın bu gün Bakıdakı danışıqlarından sonra keçirdikləri brifinqdə səslənən əsas fikirlər belə olub.

Elmar Məmmdəyarov danışıqlarda investisiya imkanlarına toxunulduğunu bildirib.

“Azərbaycan biznesmenləri Moldovada bir çox sahələrdə, o cümlədən yol tikintisində işləyir. Azərbaycan biznesinin Moldovada kənd təsərrüfatına və iqtisadiyyatın digər sahələrinə investisiya imkanları da nəzərdən keçiriləcək”, o qeyd edib.

Məmmədyarov bildirib ki, hər iki tərəf Dağlıq Qarabağ və Dnestryanı münaqişələri kimi məsələlərdə eyni mövqedən çıxış edir.

Moldova Baş nazirinin müavini və xarici işlər naziri Natalya German da iki ölkənin dövlət başçıları səviyyəsində və hökumətlər arasında uğurlu əlaqələrdən, beynəlxalq təşkilatlarda birgə mövqedən çıxış etdiklərindən danışıb.

O ikitərəfli əlaqələrin daha da inkişafının vacibliyini qeyd edib. Nazir qarşılıqlı ticarət və iqtisadi əlaqələrin, o cümlədən kənd təsərrüfatı məhsullarının ticarətinin əhəmiyyətindən danışıb.

Tərəflər həmçinin enerji sahəsində də əlaqələrə toxunub.

Natalya German Moldova tərəfinin Azərbaycan prezidentinin səfərini gözlədiyini də diqqətə çatdırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG