Accessibility links

Azərbaycanda investisiya mühiti


“Korrupsiya geniş yayılıb və Azərbaycanın hasil edilməmiş neft var dövlətinin gözləntiləri doğrulmamış qalır,” deyə Moskvada qərargahlanan Renessans Kapital sabiq Sovet respublikasını təsvir edir.

Financial Times qəzetində dərc olunan yazıda ölkədə investisiya mühiti haqda bəhs olunur.

“Biz burada heç bir investisiya etməmişik və mən bir adam tanımıram ki, o buradakı maliyyə təsisatına pul yatırmış olsun,” deyə isveçli bazar mütəxəssisi Ayvaras Abromavisius bildirir.

Azərbaycanda uğurlu səhm birjasının olmaması və buradakı siyasi problemlər investisiya perspektivlərinə şübhə ilə yanaşanların sayını artırır.

Amma Azərbaycanın potensialına nikbin baxanlar da var. Sturgeon Capital adlı maliyyə fondunun ali icraçı rəhbəri Klemente Kapello hesab edir ki, Azərbaycanın gələcəyi parlaqdır. “Burada dünyəvi və biznes təmayüllü hökumət var,” deyə o, bildirir. Kapello əlavə edir ki, Azərbaycan Avropa/Türkiyə modeli ilə Dubay tipli biznes mühiti arasında ortaq yol seçib, və ətrafdakı başqa ölkələrlə müqayisədə uğurludur.

Bu mövzuda Amerikanın Səsinə müsahibə verən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehdiyev Azərbaycanda investisiya mühitini şərh edirkən ölkədə xarici sərmayədarlar üçün əlverişli şəraitin olmadığını vurğulayıb.

Cənab Mehdiyevin sözlərinə görə Azərbaycanda nəhəng neft gəlirləri sayəsində maliyyə sabitliyi mövcud olsa da ölkədə inkişafa əngəl törədən ciddi faktorlar var.
Ekspertin sözlərinə görə Azərbaycanda mülkiyyət hüquqlarının təmin olunmaması, məmurların özbaşına qaydada hüquqi şəxslərin əmlakı ilə rəftar etməsi investisiya mühitinin yaxşılaşmasına imkan vermir. Bundan əlavə, məmurlar tərəfindən hüquqları pozulmuş insanların seçimi məhduddur. Belə ki, Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur.

Cənab Mehdiyev Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv ola bilməməsinin səbəblərini ölkədə korrupsiya və inhisarçılıq problemləri ilə əlaqələndirib. Onun sözlərinə görə ölkələr bu nüfuzlu quruma üzv olmaq üçün müəyyən islahatlar keçirməli və tələblərə caab verməlidirlər. Azərbaycana gəldikdə isə, burada iradənin mövcudluğu da hiss olunmur. Ölkəni inhisara götürmüş hakimiyyət nümayəndələri Azərbaycanın azad ticarət şəbəkəsinə qoşulmasında elə də maraqlı deyillər.

please wait

No media source currently available

0:00 0:09:00 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG