Accessibility links

Azər Qasımlı dindirmədən sonra sərbəst buraxılıb [Yenilənib]


Azər Qasımlı və Erkin Qədirli

Azər Qasımlı və Erkin Qədirli

2 saatadək davam edən dindirmədən sonra A.Qasımlı sərbəst buraxılıb. Bu haqda onun özü bildirib.

“Bu gün saat 13.00 da Azər Qasımlı ilə birlikdə Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə birlikdə getsək də məni Azər Qasımlı ilə birlikdə içəri keçməyə qoymadılar.”

Bu barədə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yazıb.

O qeyd edib ki, vəkili olduğu halda Azər Qasımlının müdafiə hüququnu kobud şəkildə pozub onun iştirakı olmadan istintaq hərəkətləri aparırlar.

“Məni buraxmadıqlarına görə güman edirəm ki, onu təqsirləndirilən şəxs qismində cəlb edib həbs qətimkan tədbiri seçəcəklər”, vəkil əlavə edib.

REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli yanvarın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

E.Qədirli ümumilikdə dindirilmələrə münasibət də bildirib: "Sadəcə olaraq, bizə təzyiq edirlər. Öz aləmlərində bizə göstərmək istəyirlər ki, hansısa həddi keçmişik".

Yanvarın 27-də prokurorluq REAL-ın İran diplomatından pul alması haqqında materialların araşdırılmasına başlandığını bildirib. Bu “sensasiyanı” Eynulla Fətullayev rəhbəri olduğu virtualaz.org saytında dərc edib.

Yanvarın 28-də REAL Hərəkatının idarə heyətinin üzvü Azər Qasımlı İran səfirliyinin əməkdaşlarının REAL ofisinə gəlməsi ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 5 saat dindirilib.

Qasımlı qeyd edib ki, görüş məxfi deyildi və təşkilat özü onun haqqında məlumat və foto yayıb. Digər tərəfdən, bundan əvvəl REAL-ın ofisinə ABŞ, Böyük Britaniya, Almaniya, Niderland və digər ölkələrin səfirliklərinin əməkdaşları da gəlib və bu barədə KİV-də məlumat verilib.

Daha sonra REAL-ın icra katibi Natiq Cəfərli prokuroruğa çağırılıb.

REAL Hərəkatı məqalə ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Facebook Forum

XS
SM
MD
LG