Accessibility links

Respublikaçı Alternativ Hərəkatının(REAL) İdarə Heyətinin üzvü Azər Qasımlı ölkədən çıxışına qoyulan qadağa ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədova ərizə ilə müraciət edib. Bu barədə Azər Qasımlının özü Turana bildirib.

Azər Qasımlı şəxsi işləri ilə bağlı 2 günlük İstanbula getməli imiş, lakin qoyulan qadağa buna maneə olub: "Biletimi də 2 həftə əvvəl almışdım. Ölkədən çıxışıma qoyulan qadağa tam qanunsuzdur. Haqqımda nə cinayyət işi açılıb, nə də ki, məhkəmənin hər hansı qərarı var. Qanuni əsas olmadan ölkədən çıxışımıza qadağa qoyulursa demək biz artıq avtoritarlıqdan totalitarlığa yuvarlanırıq. Belə davam etsə Azərbaycanın Şimali Koreyadan həqiqətən də heç bir fərqi olmayacaq. Bu gün siyasətçilərə qarşı bunu edirlərsə, sabah hamıya qarşı edəcəklər. Lakin bilirəm ki, totalitar rejim qurmaq cəhdləri olsa da bunu etmək mümkün olmayacaq", o qeyd edib.

Azər Qasımlı sentyabrın 28-də ölkədən çıxarkən Gürcüstanla sərhəddə Akstafa rayonunun Böyük Kəsik keçid məntəqəsində saxlanılaraq geri qaytarılıb.

Azər Qasımlıya ölkədən hansı səbəblə buraxılmaması barədə heç bir rəsmi məlumat verilməyib.

XS
SM
MD
LG