Accessibility links

Azərbaycan-Fransa hərbi əməkdaşlığı müzakirə edilib


Azərbaycan-Fransa görüşü
Azərbaycan-Fransa görüşü

2014-cü il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb

Dekabrın 17-də Bakı şəhərində Azərbaycan-Fransa ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbir zamanı iki ölkə arasında hərbi-təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrin yekunu olaraq Azərbaycan və Fransan Müdafiə nazirlikləri arasında “2014-cü il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı" imzalanıb.

Fransa Respublikasının nümayəndə heyətinə Birləşmiş Qərargahın Beynəlxalq Əlaqələr İdarəsinin Qafqaz, Mərkəzi Asiya, Rusiya Federasiyası və Ukrayna üzrə bürosunun rəisi 1-ci dərəcəli kapitan Aleksis Viler rəhbərlik edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG