Accessibility links

Vali: Şərqi Azərbaycan-Türkiyə əlaqələri genişləndirilməlidir


İsmayıl Cabbarzadə Türkiyənin Təbrizdəki baş konsulu ilə müzakirələr keçirib

İran xəbər agentliklərinə istinadən, Şərqi Azərbaycan vilayətinin yeni valisi İsmayıl Cabbarzadə Türkiyə ilə iqtisadi və ticari əlaqələri genişləndirmək istiqamətində Türkiyənin Təbrizdəki baş konsulu ilə müzakirələr apardıqdan sonra İranın Ərzurum şəhərindəki baş konsulu ilə görüşüb.

Bu barədə ISNA xəbər agentliyi və yerli veb səhifələr məlumat yayıb.
“Muxtəlif sahələrdə münasibətləri genişləndirmək üçün mədəni və kültürəl əlaqələrdən yararlanmalıyıq,” deyə Azərbaycan əhalisi və Türkiyənin ortaq mədəniyyətinə toxunan cənab Cabbarzadə baş konsul ilə görüşdə vurğulayıb.
İranın Türkiyənin Ərzurum şəhərindəki baş konsulu Qulamrza Qılıçxan isə Türkiyə və Şərqi Azərbaycan arasında regional əlaqələri genişlətmək istiqamətində əməkdaşlığa hazır olduğunu bəyan edib.

Vali həmçinin ötən həftələrdə Türkiyənin Təbrizdəki baş konsulu Güven Begeç ilə həmin məsələləri müzakirə edib.“Siyasi münasibətlərin məsulu iki ölkənin dövlətləridir. Biz bütün gücümüzlə iqtisadi və ticari əlaqələrin genişlənməsi üçün çalışmalıyıq. Hazırda İran və Türkiyə arasındakı münasibət yaxşı və dostcadır, bu fursətdən yaxşı şəkildə yararlanmalıyıq.”

Son zamanlarda Türkiyə və Qərbi Azərbaycan vilayəyti arasında da münasibətlərin genişlənməsi ilə bağlı fəaliyyətlər aparıldığı bildirilib. Türkiyənin Urmiyədəki baş konsulu Mehmet Bulut həmin istiqamətdə vilayət məsulları ilə toplantılar keçirib.

Türkiyənin Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) güneyli əməkdaşı Arif Kəskin Amerikanın Səsinə müsahibədə İran-Türkiyə münasibətlərinin yaxşılaşdığını qeyd edib. Cənab Kəskinin sözlərinə görə, Türkiyə və İran arasında iqtisadi əlaqələrin artması ilə Türkiyə sərmayələrinin Güney Azərbaycan şəhərlərinə axması mümkün olub, xalqın məişət durumunun yüksəlməsinə kömək edə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG