Accessibility links

Tbilisidə azərbaycanlı və erməni ekspertlərin görüşü olacaq


Tbilisi şəhəri
Tbilisi şəhəri

Debatlarda məqsəd Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı durumu və dinc nizamlanma işində mümkün irəliləyişlərin müzakirəsidir

Noyabrın 3-4-də Tbilisidə azərbaycanlı və erməni ekspertlərin görüşü olacaq. Məqsəd Qarabağ münaqişəsinin nizamlanmasıdır.

Görüşdə Azərbaycan tərəfdən prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Heydər Mirzə, Fuad Çıraqov və Ariz Hüseynov iştirak edəcəklər.
Erməni tərəfini Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzi təmsil edir ki, görüşün də təşəbbüsçüsü bu qurumdur.

Debatlarda məqsəd Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı durumu və dinc nizamlanma işində mümkün irəliləyişlərin müzakirəsidir.

Bundan əlavə, regionunun münaqişədən sonrakı inkişafının mümkün ssenarisinin müzakirəsi nəzərdə tutulur. Bu barədə Strateji Araşdırmalar Mərkəzinin məlumatında deyilir.

Mənbənin məlumatına görə, tədbir Gürcüstanın bir sıra QHT-i tərəfindən İsveçrə xarici əlaqələr üzrə Federal İdarənin dəstəyi ilə təşkil olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG