Accessibility links

Azərbaycanlı rəssam Şahin Şıxəliyev 10 ildən artıqdır Amerikada yaşayır.

Şahin Şıxəliyev Bakıda rəssam Tələt Şıxəliyevin ailəsində anadan olub, Bakıda Əzim Əzimzadə adına incəsənət məktəbini bitirib. Rəssam kimi yaradıcılığa atasının studiyasında başlaylb. Özü deyir ki, bildiyi hər şeyi demək olar ki, atasından öyrənib.

Şahin Şıxəliyev əvvəlcə Vaşinqton məktəblərinin birində rəsm müəllimi işləyib. Son bir neçə ildir Smitsonian İncəsənət Fondu tərəfindən (Smithsonian Foundation) sənətə dair mühazirələr oxumağa dəvət edilib. İndi vaxtını bütünlüklə incəsənətə həsr edir.

Şahin Şıxəliyev deyir ki, böyük ölkədə yad mədəniyyətin təmsilçisi olmaq çox çətindir, amma mümkündür. Azərbaycanın yerli koloritindən sonra Amerika mühitində rəssama ilham verən nə olub. “Mənim üçün bu, adətən xarici bir təəssürratla bağlıdır, görüb yadımda qalan bir şeylə əlaqədardır. Gedirsən və görürsən ki, bir qız oturub, ya da günəş və onun yarartdığı kölgəni görürsən, sonra bunu təssüvüründə canlandırırsan və nəhayət yaradıcılıq prosesi başlayır. Bu prosesdə təbii ki, milli element olacaq. Mən Amerikada nə qədər yaşasam da, qanımla, canımla azərbaycanlı olaraq qalıram.”

Şahin Şıxəliyev saatlarla studiyada işləyir. Studiyanın bir hissəsini həyat yoldaşı Valeri ilə bölüşür. Valeri mozaika ustasıdır, Şahinə mozaika ilə işləməyi öyrədib, lakin sonra iki yaradıcı insan arasında böyük məhəbbət yaranıb. Evləniblər, övladları Səid dünyaya gəldikdən sonra Bakıya səfər ediblər. Valeri Bakı haqda gözəl təəssüratlarla qayıdıb.

Şahin Şıxəliyev özünü tam mənasında xoşbəxt hiss edir. Rəssamlıq onun həyatının mənasıdır. Yaradıcılığın xeyrinə seçim etmək asan olmadı, amma özünün dediyi kimi bu seçim bir dəfə edilir.

Şahin Şıxəliyevlə müsahibənin tam mətni ilə AzerDiaspora bloqunda tanış ola bilərisniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG