Accessibility links

BVF: Struktur və institusional islahatlar lazımdır


Beynəlxalq Valyuta Fondu(BVF)
Beynəlxalq Valyuta Fondu(BVF)

Beynəlxalq Valyuta Fondu (BVF) “Regional inkişafın perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya” hesabatında bu il Azərbaycana ikirəqəmli inflyasiya vəd edir.

Analitiklərin fikrincə, bu, bütün neft ixrac edən ölkələrə aiddir.

BVF analitikləri bu il 2,4% azalma, 2018-21-ci illərdə 4% ÜDM artımı vəd edir.

Fond bildirir ki, manatın məzənnəsinin düşməsi ilə bağlı bank sektorunda risklər artır. “Bəzi banklar əvvəlkitək məzənnə mübadiləsi dəyişməsi ilə bağlı ziyanı fiksə edir, sonrakı azalma üçün zəifliyi artırır. Hökumət müvafiq tədbirlər görür: kapital axını, yenidən strukturlaşdırma, problemli bankların bağlanması, kredit praktikasına yenidən baxmaq və s. Nəticədə 9 bankın lisenziyası ləğv edilib.

BVF orta müddətli perspektivin yaxşılaşması, iş yerlərinin yaradılmasını makroprudensial siyasətin sərtləşdirilməsi və antiböhran tədbirləri ilə bağlayır. Qeyri-neft sektorunun inkişafı üçün struktur və institusional islahatlar lazımdır. Bundan başqa, idarəetmə metodları təkmilləşdirilməli, şəffaflıq artırılmalıdır.

Son icmala əsasən, bu il ölkədə inflyasiya 10,2%, gələn il8,5% olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG