Accessibility links

Türkan Urmulu: İran qanunlarında qadın yarım-insan sayılır [Audio]


Türkan Urmulu
Türkan Urmulu
Güneyli şairə, Urmiyə və Ankara Universitetlərinin hüquq və beynəlxalq hüquq məzunu Türkan Urmulu 8 mart Beynəlxalq Qadınlar günündə Amerikanın Səsinə verdiyi müsahibədə öz ədəbi yaradıcılığı, habelə İranda qadın haqları, İran qanunlarında qadının rolu və İranda Azərbaycan qadınlarının cəmiyyətdəki potensialları haqda danışıb.

Türkan Urmulu: İran qanunlarında qadın yarım-insan sayılır
please wait

No media source currently available

0:00 0:14:28 0:00

Türkan Urmulunun sözlərinə görə, o, qadın haqlarını pozan sistem altında yaşayan bir toplumun üzvü olaraq Beynəlxalq Qadınlar Günündə yaxşı hisslər keçirməsə də, belə bir günün qeyd edilməsini qadın haqlarının gündəmə gəlməsi üçün mühüm bir fürsət kimi qiymətləndirir.
Qadınları məhdudlaşdırmaq toplumun 50 faizini məhdudlaşdırmaq deməkdir. Mədudlaşdırma qadınların pisxoloji durumuna ciddi təsir göstərir.

“İran cəza qanunlarında qadın bəzən insan yarısıdır, bəzən də heç yoxdur. İran konstitusiyası qadını insan istehsalı maşını kimi təqdim edir,”- deyə Urmiyəli huquqçu İran qanunvericiliyində qadının aşağılandığını vurğulayır.

Qadın haqları problemi nə dərəcədə kişilər və ya İslam dini ilə əlaqədardır? Bu məsələdə Türkan xanımın mövqeyi bir qədər mürəkkəbdir. “Bütün problemi İslam ya kişilərin üzərinə atmaq doğru deyil. Nəticədə, cəmiyyətdəki hər kişini də bir qadın yetişdirib,”- deyə qadınların da cəmiyyətə patriarxal dəyərlərin hökmranlıq etməsinə görə məsuliyyət daşıdığını vurğulayıb.

Türkan xanım güneydə qadın hərəkatı və qadın haqları ilə bağlı fəaliyyət vəziyyəti “dəhşət vericidir,”- deyə təsvir edir. O, İranda qadın haqları üçün açıq şəkildə yürüyüşlər təşkil etməyin mümkün olmadığını deyir. “Güney Azərbaycanda qadın hərəkatına ehtiyacımız var, və bunun üçün yetərli potensial mövcüddür,”deyə o, əlavə edir.

​Urmiyəli gənc şairənin bu günə qədər, iki şeir kitabı işıq üzü görüb. Onun GördümÖzgə Toz adlı şeir külliyatı 2005 və 2012 illərində Urmiyənin Yaz Nəşriyatı və Bakının Qanun Nəşriyatı tərəfindən çap olub. Türkan Urmulu yaxın zamanlarda Türkyədə yaşayan bir qrup güneyli yazar və şairlə birlikdə “Ban” adlı “Çağdaş Güney Azərbaycan ədəbiyyatı dərgisi”ni nəşr edəcəklərini bildirib.
XS
SM
MD
LG