Accessibility links

Keçmiş SSRİ Əmanət Bankında pulları batanlara birdəfəlik ödəmələrin verilməsi davam etdirilir


"Media Forum"-un bildirdiyinə görə, keçmiş SSRİ Əmanət Bankında pulları batan şəxslərə birdəfəlik ödəmələrin verilməsi davam etdirilir. Avqustun 23-nə qədər 471 min 141 əmanətçiyə 227 milyon 941 min 131 manat vəsait ödənib. Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev “Media forum”a açıqlamasında belə deyib.


Nazirlik sözçüsü deyib ki, xüsusi komissiyaya itmiş və yararsız vəziyyətə düşmüş əmanət kitabçaları ilə bağlı 4 118 müraciət daxil olub. 3 912 müraciət barəsində müsbət, digərləri barəsində isə əlavə araşdırma aparılması haqda qərar qəbul edilib.


Keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə iyunun 1-dən başlanıb. Bu proses dekabrın 31-də yekunlaşacaq.

Ödəmələrin verilməsi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti və onun filialları vasitəsilə həyata keçirilir.


Əmanəti olan vətəndaşların sayı 2 milyon 400 min nəfərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG