Accessibility links

Vasif Məmmədzadə: “Beynəlxalq festivallarda nümayiş etdirilən filmlər Azərbaycanın tanınmasında böyük rol oynayır” [Audio-Müsahibə]

  • Nərminə Cəlalqızı





Kinorejissor Vasif Məmmədzadə Amerikanın Səsinə müsahibəsində bu gün Bakıda işinə başlayacaq “Beynəlxalq Turizm Festivalı”ndan danışdı. Rejissor bu festivalın əvvəllər də başqa ölkələrdə keçirildiyini və özünün də həmin festivallarda iştirakından söz acdı.

Vasif Məmmədzadə belə festivalların ölkələr haqda məlumatlandırma xarakteri daşımasından başqa gənc rejissorların bir-birləri ilə təmasad olmalarına yardım etdiyini, mədəniyyətlər arasında bir körpü olduğunu dedi.

Vasif Məmmədzadə festivalda 30-dan çox ölkənin filmlərinin nümayiş etdiriləcəkyini və həmin filmlər arasında Azərbaycan rejissorlarının da filmlərinin olduğunu bildirdi. Rejissor festivalda özünün təqdim etdiyi 8 filmini təqdim etdiyini, həmin filmlər arasından “Şəhər içərisində şəhər” adlı filminin seçildiyini dedi.
XS
SM
MD
LG