Accessibility links

40 yaşlı Qvini Paltrou US Star jurnalının illik keçirdiyi sorğuda film, musiqi və reality şoularda 20 ən zəhlətökən insan arasında birincidir. Buna səbəb aktrisanın daim sağlamlığını düşünməsidir.

Kristin Styuvart siyahıda ikincidir. Yəqin ki, Robert Pattinsonu evli rejissor Rupert Sanderslə aldatdığına görə. Cennifer Lopez üçüncü ən zəhlətökən məşhur hesab edilir. Bu yaxınlarda Keti Perridən ayrılan rok musiqiçisi Con Meyer siyahıda dördüncüdür. Katerin Heyl beşinci yerdədir. 20-liyə daxil olan digər məşhurlar arasında Kim Kardaşyan 11-ci, Custin Bieber isə səkkizincidir. 2009-cu ildə müğənni Rihannanı döydüyünə görə həbs edilən aktyor və rəqqas Kris Brovn isə siyahıda sonuncudur. Yeri gəlmişkən, Rihana xəstəliyi ucbatından bir daha konsertini təxirə salıb. Nə qədər də təcübli görünsə, Ancelina Coli də siyahıdadır. O, 15-ci yerdə gedir. Görünür, Cennifer Anistonun pərəstişkarları Colinin Bred Piti Anistonun əlindən alması ilə heç cürə barışa bilmir.
XS
SM
MD
LG