Accessibility links

Amnesty International Azərbaycanda fəalların repressiyalara məruz qaldığını bildirir


Amnesty International Azərbaycanda fəalların repressiyalara məruz qaldığını bildirir
Amnesty International Azərbaycanda fəalların repressiyalara məruz qaldığını bildirir

Beynəlxalq Amnesty International insan hüquqları təşkilatı bildirir ki, Azərbaycan rəsmiləri şənbə günü planlaşdırılmış mitinqdən öncə müxalifət fəallarını həbs edib.

Bu gün açıqladığı bəyanatda təşkilat bildirir ki, rəsmilər Facebook sosial şəbəkəsi vasitəsilə təşkil edilən etiraz nümayişindən öncə bu həftə 11 fəalı saxlayıb. Mitinqin təşkilatçıları şimali Afrikada liderlərin hakimiyyətdən salınması ilə nəticələnmiş son üsyanlardan ruhlanaraq vətəndaşları nümayişlər keçirməyə çağırır.

Azərbaycan polisi martın 11-i eyni tipli nümayişi dağıdaraq, azı 25 adamı həbs etmiş və Bakının mərkəzində toplaşmış nümayişçiləri zorakı yolla oradan çıxarmışdır.

Amnesty International nümayişin dağılmasını zorakılıq kimi qiymətləndirərək, prezident İlham Əliyev hökumətini ifadə azadlığının boğulmasına son qoymağa çağırır.

Azərbaycanın avtoritar hökuməti jurnalistlər və bloggerlərin təqib edilməsi və həbsində ittiham edilir.

Martın 12-i keçirilmiş nümayişin dağılmasından sonra Avropa İttifaqı və insan haqları qrupları həbslərlə bağlı narahatlıqların ifadə edildiyi bəyanatlarla çıxış etmiş və Azərbaycanı mətbuat azadlığına dair öhdəliklərə əməl etməyə və planlaşdırılmış etiraz nümayişlərinə təmkin göstərməyə çağırıb.

XS
SM
MD
LG