Accessibility links

Etibar Məmmədov: `Vaxtilə Azərbaycanın Sovet İttifaqından ayrılmasını istəməyənlər indi yüksək vəzifələrdə oturur` [Audio]

  • Nərminə Cəlalqızı

Etibar Məmmədov: Azərbaycanda tam durğunluqdur

Etibar Məmmədov: Azərbaycanda tam durğunluqdur

Azərbaycan milli azadlıq hərəkatının liderlərindən və 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının ilk sədri Etibar Məmmədovla müsahibə


Azərbaycan milli azadlıq hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdən və 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılıarından biri, partiyanın ilk sədri Etibar Məmmədov Amerikanın səsinə müsahibədə Müstəqillik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi.

Azərbaycanın müstəqilliyinin bərpasi haqqında konstitusiya qanunu layihəsinin müəlliflərindən olan Etibar Məmmədov 1991-ci ildə Milli Məclisin müzakirəsinə iki layihə qoyulduğunu və ümumi razılıq əsasında iki layihədən ümumi bir qanun layihəsi işlənib hazırlanması qərarı verildiyini bildirdi.

Etibar Məmmədov bütün müqavimətlərə baxmayaraq, həmin qanun layihəsinin qəbul edildiyini bildirdi. Etibar bəy Azərbaycanın keçmiş Sovet respublikaları içərisində öz müstəqilliyini ilk bərpa edən və müstəqil dövlətlər arasında ilk tanınan dövlətlərdən biri olduğunu dedi.

Etibar Məmmədov indi bəzən Azərbaycanın mustəqillyini Sovet İttifaqı dağılandan sonra əldə etdiyinə dair deyilənlərin yanlış olduğunu deyərək, Azərbaycanın müstəqilliyini oktyabr ayının 18-də elan etdiyini və noyabr ayının 9-da Türkiyə tərəfindən müstəqil dövlət kimi tanındığını bildirdi. O, Sovet İttifaqının dekabr ayında dağıldığı vaxt Azərbaycanı artıq 40-a yaxın ölkənin tanıdığını dedi.

Etibar bəy 1991-ci il mart ayında keçirilən sessiyadan danışdı və Azərbaycanın SSRİ daxilində qalıb-qalmaması məsələsinin müzakirəyə çıxarıldığını və bir çoxlarının Azərbaycanın müstəqillyinin əleyhinə olduğunu dedi. O hal-hazırda onlardan bəzilərinin yüksək səviyyəli vəzifələrdə çalışdığını və ya “İstiqlal” ordeni ilə təltif olunduqlarını bildirdi.

Etibar Məmmədov Azərbaycan xalqının daha yaxşı yaşaması üçün imkanların olduğunu, lakin bundan istifadə edilmədiyini, bunun da səbəbinin Azərbaycanda seçilmiş parlamentin olmaması, hakimiyyət və dövlət vəzifələrinin seçki yolu ilə seçilməməsində olduğunu dedi.
XS
SM
MD
LG