Accessibility links

Vəfa Quluzadə: Media Azərbaycan-İran arasındakı problemləri şişirdir [Audio]


Vəfa Quluzadə

Vəfa Quluzadə

Azərbaycan və İran mediası prezident İlham Əliyevin bu yaxınlarda İrana səfər edəcəyi ilə bağlı məlumat yayıb. Azərbaycan Respublikasının sabiq xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsi ilə söhbətdə cənab Əliyevin İran səfərini şərh edib. Sabiq müşavir iki ölkə arasındakı münasibətlərin hansı istiqamətdə irəlilədiyini dəyərləndirməklə yanaşı İran Azərbaycanı faktorunun bu əlaqələrdə hansı rol oynadığı barədə sualını cavablandırıb.

Azərbaycan müstəqilliyini yenidən əldə etdikdən sonra, Azərbaycan Respublikası və İran arasındakı ticari-iqtisadi və siyasi əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini dilə gətirən Vəfa Quluzadə keçmişdə iki, ölkə arasında zaman-zaman ortaya çıxmış problemləri xarici dövlətlər arasındakı gərginliklərin refleksi kimi dəyərləndirib.
İran və Azərbaycan arasındakı problemlər media tərəfindən böyüdülüb. Azərbaycan Respublikasının İsrail və Qərb ölkələri ilə yaxşı münasibətləri var... ancaq bu əlaqələr İran İslam Respublikasının maraqlarına qarşı deyil. Azərbaycan hər zaman İranın maraqlarını da nəzərdə tutmuşdur.


“İran və Azərbaycan arasındakı problemlər media tərəfindən böyüdülüb. Azərbaycan Respublikasının İsrail və Qərb ölkələri ilə yaxşı münasibətləri var... ancaq bu əlaqələr İran İslam Respublikasının maraqlarına qarşı deyil. Azərbaycan hər zaman İranın maraqlarını da nəzərdə tutmuşdur,” deyə azərbaycanlı politoloq söyləyib.

Onun dediklərinə görə, Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra İran-Qərb münasibətlərinin yaxşılaşmağa doğru getməsi də İran-Azərbaycan münasibətlərinə müsbət təsir buraxmaqdadır.

İnsan haqları qrupları və beynəlxalq liderlər, o cümlədən BMT-nin Baş Katibi Ban Ki Mun prezident Həsən Ruhaninin İranda insan haqları və fərdi azadlıqları genişləndirməyə dair səsləndirdiyi şuarlar və verdiyi sözlərə əməl etmədiyini deyirlər. Vəfa Quluzadə isə deyir ki Qərb İranda demokratiya və insan haqları ilə bağlı gözləntilərində İranın siyasi quruluşunu nəzərdə almalıdır.

O, Qərbin İranla bağlı ən çox maraqlandığı xüsusun İranın nüvə proqramı olduğunu və prezident Həsən Ruhaninin bu məsələ ilə bağlı yürütdüyü siyasətin müvəffəqiyyətlə irəlilədiyini qeyd edib.
İran başqa ölkələrdə yaşayan xalqların öz müqəddəratını təyin etmə haqqından danışırsa, bu haqqı İran Azərbaycanı üçün də tanımalıdır.
Rusiya və Qərb arasında Ukrayna və Krım böhranı üzündən ciddi gərginlik yaşandığı vaxta Prezident Əliyevin İrana səfər edəcəyi ilə bağlı xəbərlərin yayılması siyasi ekspertlərin diqqətindən uzaq qalmayıb. Ancaq Vəfa Quluzadə Rusiyanın Azərbaycan-İran əlaqələrinin genişlənməsində rol oynadığını güman etmir.

Xəzər Araşdırmaları Fondunun rəhbəri həmçinin İran Azərbaycanı faktorunun Azərbaycan Respublikası-İran münasibətlərindəki rolu ilə bağlı düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

“Mən İrana getdiyimdə gördüm ki, dövlət idarələrində Azərbaycan dilində danışmaq yasaqdır. Bu düzgün bir siyasət deyil. İran İslam Respublikası 30 milyondan çox azərbaycanlının haqlarını təmin etməlidir,” deyə tanınmış politoloq İranda Azərbaycan mədəniyyəti və türk dilinə qarşı tətbiq edilən məhdudiyyətləri qınayıb. Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Onun sözlərinə görə, “İran başqa ölkələrdə yaşayan xalqların öz müqəddəratını təyin etmə haqqından danışırsa, bu haqqı İran Azərbaycanı üçün də tanımalıdır.”

Azərbaycan veb səhifələri də İlham Əliyevin İrana səfəri ilə bağlı şərhlər yayıblar. Bu şərhlərdə Türkiyə prezidenti Abdullah Gülün 2011 ilindəki Təbriz səfərində əhali tərəfindən geniş şəkildə qarşılanmasına diqqət çəkərək, prezident Əliyevin də Təbrizə səfər edib etməyəcəyi ehtimalı müzakirə edilib.

Siyasi ekspertin fikrincə, İran İslam Respublikası İlham Əliyev üçün Təbriz səfəri təşkil etsə, özü də bundan faydalanar. Vəfa Quluzadə həmçinin Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun hakimiyyətdə olduğu dönəmdə Təbrizə səfəri ilə bağlı xatirələri paylaşıb.
XS
SM
MD
LG