Accessibility links

Səfir: Azərbaycan vətəndaşları hər il İranda 1 milyard dollar xərcləyir


Möhsin Pakayin

Möhsin Pakayin

İranın Azərbaycandakı səfiri həmçinin güneyli fəallar haqqında danışıb

İranın Azərbaycandakı səfiri ildə bir milyona yaxın Azərbaycan vətəndaşının İrana səfər etdiyini və hər müsafirin 700-dın 1000 dollara qədər pul xərclədiyini bildirib.

ISNA xəbər agentliyinin yaydığı məlumata görə, ən çox Təbriz, Ərdəbil, Tehran və Urmiyə şəhərlərinə səfər edən Azərbaycan vətəndaşları umumiyyətlə müalicə məqsədi ilə İrana gedirlər.

“İran və Azərbaycan liderlərinin siyasi iradəsi bu əlaqələrin genişlənməsi istiqamətindədir. Buna görə, iki ölkə arasındakı münasibətlərin gələcəyini olduqca aydın görürəm,” deyə Möhsin Pakayin jurnalistlərə söyləyib.

Səfir həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən güneyli milli qruplarla bağlı jurnalistlərin suallarını cavablandırıb.

“Etnosentristlərin (Qövmgera) sayı çox azdır. Onlar Amerika Konqresinin dəstəyi ilə media sahibi olublar, ancaq Azərbaycan dövləti tərəfindən dəstəklənmirlər,” deyə İran Möhsin Pakayinin sözləri ISNA agentliyində əks edilib. Səfir ABŞ Kongresinin hansı medianı nə şəkildə dəstəklədiyi haqda məlumat verməyib.
XS
SM
MD
LG