Accessibility links

Son 18 gün ərzində Şərqi Azərbaycanda 1770 zəlzələ qeydə alınıb


İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələnin ziyanlarının ört-basdır edildiyi bir vaxt 17 gün ərzində Təbriz, Əhər, Vərziqan və Heris mahalları ilə bərabər Kəleybər şəhəri və onun ətrafları zəlzələnin ağır fəsadları ilə üzləşib.

Kəleybərin valisi Abdulla Əsğərpurun sözlərinə görə, bu barədə məlumat Şərqi Azərbaycan telviziya stasiyalarında yayılsa da, İranın rəsmi xəbər agentlikləri bu barədə məlumat verməyib.

Vali Kəleybər mahalında zəlzələnin 1000 evə ziyan vurduğunu, lakin xəsarət alan olmadığını bildirib.

Abdullah Əsğərpu-un verdiyi məlumata görə, Dəmirçi və Üzey kəndləri tamamilə dağılıb.
Vali özü şəxsən zəlzələ üçün təsis edilmiş komissiya və Böhran mərkəzinə hesabat verib. Əsğərpur bu şəhərin idarələrində çalışan dövlət adamlarından da gileylənərək deyib ki, zəlzələnin vurduğu ziyan barədə Təbriz və Tehrana məlumat verilməyib.

Kəleybər, Xuda- Afərin və Horanddan millət vəkili Ərsəlan Fəthipur zəlzələnin fəsadları barədə İran prezidentinin müavinini məlumatlandırdığını deyir.

Son 18 gün ərzində Şərqi Azərbaycanın Əhər, Heris, Vərziqan, Təbriz və Kəleybər mahallarında 1770 zəlzələ qeydə alınıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG