Accessibility links

Xurşid Abdullayeva: "37-ci ilin qorxusu anamın canında ömrünün axırınadək qalmışdı" [Audio & Fotoqalereya]


Xurşid Abdullayeva Azərbaycan Milli Cümhuriyyəti Parlamentinin katibi Əhməd bəy Pepinovun nəvəsi, mərhum aktyorumuz Lütfəli Abdullayevin qızıdır.

Xurşid xanım, siz Azərbaycanın xalq artisti, mərhum Lütfəli Abdullayevin və Azərbaycan Milli Cümhuriyyəti Parlamentinin katibi Əhməd bəy Pepinovun qızı Sevda xanımın qızısınız, yəni siz çox maraqlı bir tarixi olan ailədənsiniz, bu barədə nə deyə bilərsiniz sualının cavabında Xurşid xanım o zaman atasının artıq aktyor olduğunu, atası ilə anasının ilk dəfə 1943-44-cü illərdə tanış olduqlarını dedi və bu barədə danışdı.

please wait

No media source currently available

0:00 0:11:43 0:00



Sevda xanımın atası Əhməd bəy Pepinov represiya qurbanı olub. Xalq düşməninin qızı Sevda xanımın həyatı necə olub baş verənlərdən sonra, sualının cavabında
Xurşid xanım babası Əhməd bəy Pepinovun 1938-ci ildə Mircəfər Bağırov tərəfindən güllələndiyini bildirdi və xalq düşməninin qızı, anası Sevda xanımın həyatından danışdı. Xurşid xanım babasının ölümündən sonra Sevda xanımın anası ilə birlikdə nənəsinin himayəsində qaldığını və çox ağır günlər yaşadıqlarından danışdı.

Əhməd bəy Pepinovun qızı, Peterburqdan tatar knyazının nəvəsi Sevda xanım o vaxtlar hələ məşhur olmayan, adi bir aktyorla necə evləndi, müxəlif təbəqələrdən olan insanlar necə bir araya gələ bildi, sualının cavabında Xurşid xanım dedi ki, hökumətin xalq düşməninin qızı olduğunu, tatar knyaginyası olan nənəsinin isə adı aktyora yaraşmadığını deyərək, Sevda xanımı Lütfəli Abdullayevə vermək istəmədiyindən onlar illərdən sonra, 1957-ci ildə evlənə bildilər.

Bütün bunlara baxmayaraq, Xurşid xanım atası Lütfəli Abdullayevin Sevda xanımın ailəsinə böyük hörmətlə yanaşdığını, nənəsi və babası barədə etiramla danışdığını dedi.

Xurşid Abdullayeva anası Sevda xanımın ailəsi barədə ətraflı 90-cı illərdən sonra danışdığını, 37-ci illərin qorxusunun onun canında ölənədək qaldığını dedi. O, Sevda xanımın ailəsi ilə bağlı xatirələrini də yada saldı.

Görkmli bir aktyor övladı olmaq nə deməkdir, sualının cavabında Xurşid xanım Lütfəli Abdullayevin xalq tərəfindən həddən artıq sevildiyini, sənətinə yüksək qiymət verildiyini dedi. Xurşid Abdullayeva atasının insan kimi də çox gözəl xüsusiyyətlərinin olduğunu dedi və uşaqlığından, atası ilə keçirdiyi vaxtlardan danışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG