Accessibility links

Stefen Blank: Dağlıq Qarabağ münaqişəsi Avropanın da təhlükəsizliyinə hədə törədir


Strateji Araşdırmalar İnstutunun təhlilçisi Stefen Blank Amerikanın Səsinin suallarını cavablandırarkən bölgədə yaranmış vəziyyətə münasibət bildirib.

O, hansı tərəfin ilk olaraq hücumlara start verdiyinin bəlli olmadığını, tərəflərin biri-birini ittiham etdiyini, lakin onların heç birinin əsaslı dəlil göstərmədiyini deyib.

Bu dəfə baş qaldıran qarşıdurma əvvəlkilərdən fərqlənir

Blank tərəflərin provokativ davranış nümayiş etdirdiyindən şikayətlənib.

Ekspertin fikrincə, bu dəfə baş qaldıran qarşıdurma əvvəlkilərdən fərqlənir. O, bu fərqi tərəflərin hərbi təchizat baxımından gücündə görür.

Stefen Blank Amerikanın Səsi ilə söhbətdə 20 il əvvəl tərəflərin yüksək texnologiyaya malik olmadığını, hazırda tərəflərin hərbi qabiliyyətinin vəziyyəti olduqca təhlükəli etdiyini deyib.

Ekspert onların münaqişənin müzakirələr yolu ilə həllindən boyun qaçırdığını, bunun nəticəsi olaraq vəziyyətin ağırlaşdığını bildirib.

Ruslar hər iki tərəfə silah sataraq tərəflər arasındakı gərginlikdən öz mənafeləri naminə istifadə etməyə çalışıblar.

Rusiyanın konfliktin alovlanmasında rol oynadığını önə çəkən Blank Moskvanın hər iki tərəfə silah satdığını deyib. "Ruslar hər iki tərəfə silah sataraq tərəflər arasındakı gərginlikdən öz mənafeləri naminə istifadə etməyə çalışıblar," deyə ekspert bildirib.

Blankın fikrincə, vəziyyət nəzarət altına saxlanılmadığı təqdirdə, bu, yalnız Qafqaz deyil, bütün Yaxın Şərq və Avropanın təhlükəsizliyinə hədə törədəcək.

Təhlilçi beynəlxalq vasitəçilərin mühümlüyünü vurğulayaraq, Minsk qrupunun işinin əhəmiyyətisiz olduğunu deyib.

"Fakt budur ki, Minsk prosesi faydasızdır. Rusiya hər iki tərəfə silah satır. Birləşmiş Ştatlar qeyri-fəaldır. Fransa da liderlik nümayiş etdirməyəcək," Blank bildirib.

Onun sözlərinə görə ABŞ rəhbərliyi - istər Prezident Obama, yaxud da onun varisi - hər iki tərəfi masa arxasına gətirməli və ortada olan fərqləri çozmək üçün aktiv səy göstərməlidir.

Ekspert bildirib ki, əks təqdirdə problem davam edərək bir gün ciddi şəkildə partlayışa səbəb olacaq və bunun yaratdığı rezonansın fəsadlarını təmizləmək asan olmayacaq. “Bu isə heç kimin mənafeyinə xidmət etməyəcək,” deyə Stefen Blank Amerikanın Səsinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG