Accessibility links

Polkovnik-leytenant Vəli Vəliyev: Azərbaycan ordusunun zabiti əsgərinin qayğısına qalmalıdır [Audio]

  • Nərminə Cəlalqızı

Sovet ordusunda qulluq etmiş, hal-hazırda təqaüddə olan polkovnik-leytenant Vəli Vəliyevdir Amerikanın Səsinə müsahibədə öz hərbi təcrübəsindən danışmış və Sovet dönəmindəki ordu durumunu hazırda Azərbaycan ordusundakı vəziyyətlə müqayisə etmişdir.


Vəli Vəliyevlə son zamanlar Azərbaycanda narahatlıqlara səbəb olan əsgər ölümlərindən danışanda polkovnik-leytenent Sovet dövründə orduda güclü nizam-intizamın olduğunu, zabirlərin əsgərini qoruduqlarını deyir. Hətta Azov dənizi sahillərində hərbi qulluqda olarkən, bir insidentin baş verdiyini və o, əsgərlərini təhlükəsiz yerə göndərərək, digər zabitlə birlikdə bunun öhdəsindən gəldiklərini bildirir.

Azərbaycan ordusundakı vəziyyətdən danışarkən cənab Vəliyev yəqin ki, Azərbaycan ordusunda da əsgərə qarşı diqqətin olduğunu, lakin Ermənistanla sərhəd bölgələrdə əsgərlərimizin öldürülməsinin Ermənistan tərəfin atəşkəs barədə razılığı pozması səbəbindən olduğunu deyir.

Azərbaycan ordusundakı intihar hallarına gəldikdə belə halların Sovet ordusunda da baş verdiyini deyir. O, vaxtilə orduda komandirin siyasət üzrə müavini işlədiyi vaxtları yada salaraq deyir ki, orduda nizam-intizam yüksək səviyyədə idi. Buna səbəbin də istər zabitlərin, istərsə də əsgərlərin çoxunun komsomol və ya partiya üzvü olduqlarını, yəni cavabdehlik hiss etdiklərini deyir.

Bundan başqa zabitlərin əsgərlərin ailələri ilə görüşdüklərini, təmasda olduqlarını, yaxında yaşayanların evlərinə getdiklərini, uzaqda yaşayan valideynləri isə hətta ordunun hesabına hərbi hissəyə dəvət etdiklərini və belə addımların öz nəticələrini verdiyini deyir.

Polkovnik-leytenent Azərbaycan ordusunda nizam-intizamın lazımi səviyyədə olmadığını deyir və əlavə edir ki, müasir ordu sabiq hərbçilərlə təmasda olsa, onlardan məsləhətlər alsa, yaxşı olardı.

Show comments

XS
SM
MD
LG