Accessibility links

İlham Əliyev ABŞ-ın yeni administrasiyası ilə uğurlu əməkdaşlığa ümid edir


İlham Əliyev Bridcet Brinki qəbul edib
İlham Əliyev Bridcet Brinki qəbul edib

Prezident İlham Əliyev noyabrın 22-də ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə,dövlət başçısı iki ölkə arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edib, ABŞ-ın bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Amerika arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG