Accessibility links

Azərbaycan-Əfqanıstan əlaqələrinin perspektivləri müzakirə edilib


Dekabrın 22-də Azərbaycanda rəsmi səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək və geniş tərkibdə görüş olub.

Görüşlərdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi, iqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb.

Görüşlərin yekunu olaraq iki ölkə arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində, milli teleradiolar arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

Məhəmməd Əşrəf Qani və İlham Əliyev
Məhəmməd Əşrəf Qani və İlham Əliyev

Prezident İlham Əliyev bildirib ki, iki ölkə mükəmməl siyasi əlaqələrə malik olaraq iqtisadi məsələlərə diqqəti cəmləşdirməlidir.

“Biz dövriyyəni artırmaq və investisiya layihələri paketi üçün çox yaxşı imkanların mövcud olduğunu müzakirə etdik. Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri Əfqanıstana investisiya yatırmağa və əməkdaşlığımızın bu iqtisadi komponentini gücləndirməyə hazırdırlar. Bu gün biz, həmçinin kommunikasiya ilə bağlı məsələləri, dəmir yolu əlaqələrini müzakirə etdik”.

Əliyev İpək Yolu barədə danışıb və əlavə edib ki, gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olacaq. “Əlbəttə ki, biz nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsini istəyirik. Həmçinin enerji resursları sahəsində yaxşı imkanlar var. Beləliklə, biz bütün sahələrdə əməkdaşlığımızı genişləndirmək istəyirik”.

O Azərbaycanın Qətiyyətli Dəstək Missiyasının üzvü olduğunu xatırladıb, Əfqanıstanda sülh və inkişafa töhfə verməyə çalışdığını qeyd edib.

Məhəmməd Əşrəf Qani Azərbaycana NATO-nun Qətiyyətli Dəstək Missiyasında iştirakına görə təşəkkür edib.

“Həmçinin NATO missiyası zamanı Azərbaycanın hava limanı və obyektlərindən istifadə etməyə şərait yaratmanız mühüm əhəmiyyət kəsb edir. Hazırda biz bu üfüqi çox sabit və anti-terror əməkdaşlığına doğru genişləndiririk. Düşünürəm ki, qısamüddətli perspektivdə deyil, orta və uzunmüddətli perspektivdə məqsədlərimizə nail olacağıq. Hesab edirəm ki, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bizə verdiyi dəstək və şəxsən üzərinizə götürdüyünüz öhdəlik təqdirəlayiqdir. Əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəkləyirik”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG