Accessibility links

Azərbaycan Əfqanıstana dəstəyini davam etdirəcək


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

Azərbaycan Əfqanıstanın həyata keçirdiyi dövlət və müvafiq təsisatların qurulması prosesinə tam dəstəyini davam etdirməyə sadiqdir. Bu barədə Azərbaycanınxarici işlər naziri Elmar Məmmədyarovun oktysbrın 5-də Avropa İttifaqının Əfqanıstana dair Brüssel Konfransında çıxışında bildirib.

O bildirib ki, 25 ildir həll olunmamış münaqişədən ciddi əziyyət çəkən ölkə kimi, Azərbaycan Əfqanıstanın problemlərini yaxından başa düşür.

“Biz hamımız Əfqanıstana göstərdiyi səylərdə və problemlərinin həll olunmasında tam dəstək olmalıyıq. Azərbaycan bu məqsədlə bəlkə də Əfqanıstanı ilk, ən yaxın və fəal şəkildə dəstəkləyən ölkələr sırasındadır. Biz bunu daha çox ikitərəfli əsasda, daimi danışıqlar və Əfqanıstan hökumət rəsmiləri ilə görüşlər vasitəsilə, həmçinin NATO da daxil olmaqla, digər beynəlxalq platformalar çərçivəsində həyata keçiririk”, o qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycan köməyini ərazilərin minalardan təmizlənməsi, təhsil də daxil olmaqla, əfqan təhlükəsizlik qüvvələri, dövlət qulluqçuları və digər fəaliyyət sahələri üçün əsaslı təlimlərin keçirilməsi ilədavam etdirir.

“Bu yaxınlarda prezident İlham Əliyev Azərbaycan və Əfqanıstan arasında xüsusilə təhlükəsizlik sahəsində bir neçə milyonluq yardım haqqında sazişi təsdiq etmişdir. Onun həyata keçirilməsinə artıq başlanılmışdır”, Məmmədyarov qeyd edib.

O Azərbaycan hərbi birləşmələrinin Qətiyyətli Dəstək Missiyasında xidmət etdiyini və NATO Etimad Fondu vasitəsilə əfqan ordusuna maliyyə yardımı göstərdiyini xatırladıb.

“Mənim ölkəm Əfqanıstanda beynəlxalq əməliyyatların həyata keçirilməsi üçün əsas tranzit yoludur və bəzi hallarda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün bütöv tranzit yollarının 30 faizi Azərbaycandan keçmişdir”.

Eyni zamanda, Azərbaycan həmişə təhlükəsizliyə dair səylərin iqtisadi inkişafla gücləndirilməsini dəstəkləyir.

“Qədim İpək Yolunun canlandırılması əminliklə bunu həyata keçirə bilər. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı yaxınlığında yeni beynəlxalq dəniz limanı ilə birləşən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üzrədirlər və Mərkəzi Asiya ölkələrinin buraya cəlb olunması Əfqanıstanı Uzaq Şərq və Şimali Avropa arasında tranzit yolun mərkəzinə çevirəcəkdir”, nazir qeyd edib.

XS
SM
MD
LG