Accessibility links

Azərbaycan hərbçiləri Əfqanıstana yola düşüb


Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınır
Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınır

Aprelin 15-də NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 35 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınır
Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınır

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

XS
SM
MD
LG