Accessibility links

Azərbaycan Albaniyanın qazlaşdırılmasında iştirak edəcək


Azərbaycan nümayəndə heyətinin Albaniyada görüşü

Azərbaycan nümayəndə heyətinin Albaniyada görüşü

Azərbaycan Hökuməti ilə Albaniya Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair baş planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkəıtinin mətbuat xidməti məlumat yaıb.

Xəbərdə deuilir ki, Azərbaycanın energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin təmsil olunduğu nümayəndə heyəti Albaniya səfərdədir.

Dekabrın 19-da Azərbaycan nümayəndə heyəti Albaniyanın baş naziri Edi Rama, parlamentin sədri İlir Meta, energetika və sənaye naziri Damian Giknuri ilə görüşlər keçirib. Görüşlərdə Albaniya və Azərbaycan arasında enerji sahəsində ikitərəfli münasibətlər, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və regionda həyata keçirilən digər enerji layihələri üzrə əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.

XS
SM
MD
LG