Accessibility links

Azərbaycan Almaniya ilə siyasi məsləhətləşmələr aparıb


Xələf Xələfov
Xələf Xələfov

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu həftə Almaniya Xarici İşlər Nazirliyində növbəti siyasi məsləhətləşmələr aparıb.

Xüsusən, o, AFR xarici işlər nazirinin müavini, dövlət katibi Markus Ederer ilə görüş keçirib. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair də fikir mübadiləsi aparılıb. Bu barədə Azərbaycanın Berlindəki səfirliyindən bildiriblər.

Xələfov münaqişənin həllində ikili standartlara son qoyulması və Avropa İttifaqının, o cümlədən Almaniyanın Dağlıq Qarabağ separatçılarına sanksiyalar tətbiq etməsinin vacibliyini vurğulayıb.

Ederer Azərbaycanı Almaniyanın regionda siyasi, iqtisadi, mədəniyyət, siyasi-təhlükəsizlik sahələrində mühüm tərəfdaşı adlandırıb.

Xələfov həmçinin Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri Kord Mayer-Klodla, habelə Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Karin Ştrents və Federal Kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşavirinin müavini Mixael Flüqqerlə görüşüb.

XS
SM
MD
LG