Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb


Azərbaycan və Ermənistan xarici işlər naziri görüşüb
Azərbaycan və Ermənistan xarici işlər naziri görüşüb

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri görüşün yekunları ilə bağlı bəyanat yayıb

Azərbaycan və Ermənisatn xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Qarabağ münaqişəsinin tənzmlənməsi məsələsini Kiyevdə müzakirə edib.

Öncə nazirlər təkbətək görüşüblər, daha sonra ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdəolan sədrinin şəxsi nüamyəndəsi Andjey Kasprşik onlara qoşulub.

Görüşün yekunları ilə bağlı ATƏT-in Minsk qrupu həmsədr ölklərinin nümayəndə heyətlərinin başçıları (RF xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa işləri üzrə naziri Tierri, ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland), habelə, Azərbaycan və Erməınistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Kiyev görüşündə birgə bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, “artıq əldə edilmiş baza əsasında” Qarabağ münaqişəsinin ədalətli və dinc yollarla həllinə nail olmaq üçün tərəflərin birgə işi davam etdirmələri barədə razılığa gəlinib.

“Həmsədr ölkələrin nümayəndə heyətlərinin başçıları dialoqun Azərbaycan və Ermənistan prezidentləri arasında bu yaxınlarda ən yüksək səviyyədə bərpa olunmasını alqışlayır və qarşıdakı görüşlərin sülh prosesini irəlilədəcəyinə ümid edirlər”. Onlar tərəfləri regionda gərginliyi azaltmağa çağırırlar.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun rəhbərliyi altında yüksək səviyyədə görüşün hazılığı üçün 2014-cü ilin əvvəlində görüşmək razılığına gəldiklərini bəyan edirlər.

Nazirlər həddən artıq uzanan münaqişənin həllində real tərəqqiyə nail olmağı region xalqlarının gözlədiklərini qeyd ediblər və Minsk qrupu ölkələrinə vasitəçiliyə görə təşəkkür ediblər.
XS
SM
MD
LG