Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada görüşəcək


Azərbaycan və Ermənistan xarici işlər naziri görüşüb

Azərbaycan və Ermənistan xarici işlər naziri görüşüb

Görüşdə prezidentlərin görüşlərinə hazırlıq çərçivəsində müzakirə aparılacaq

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan aprelin əvvəlində Moskvada görüşəcəkləri barədə razılığa gəlib. Görüşdə iki ölkə prezidentlərinin yaxın zamanda keçiriləcək görüşünə hazırlıq işləri çərçivəsində müzakirə aparılacaq. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin ATƏT-in rəsmi saytında yaydıqları məlumatında deyilir.


Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) martın 23-24-də Haaqada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla ayrılıqda görüş keçirib. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Xəbərdə deyilir ki, həmsədrlər 2013-cü ilin noyabrında iki ölkə prezidentinin görüşündə qaldılılan məslələrlə bağlı xarici işlər nazirləri ilə birgə apardılqları işlə bağlı dövlət başçılarını məlumatlandırıb.

Həmsədrlər sərhəddə və təmas xəttində zorakılıq hallarından qaçmağın vacibliyini qeyd edib və tərəfləri regionda gərginliyi artıra biləcək təhrikedici ritorikadan uzaq olmağa çağırıblar.
XS
SM
MD
LG