Accessibility links

Ermənistan və Azərbaycan ekspertlərinin memorandumu yayılıb


Azərbayca, Ermənistan və Gürcüstanın bayraqları

Azərbayca, Ermənistan və Gürcüstanın bayraqları

Sənədə beynəlxalq təşkilatlar və yerli hakimiyyətlər, donorlar, habelə həm Qarabağ münaqişəsi regionunda, həm də onun hüdudlarından kənarda vətəndaş cəmiyyəti nümayəndələri üçün tövsiyələr daxildir

Ermənistan və Azərbaycan ekspertləri Tbilisidə keçirilən görüşdə işlənib hazırlanmış və on-layn müzakirələr zamanı tamamilə razılaşdırılmış sənədin mətnini KİV-də yayıblar.

Turan agentliyinə təqdim edilmiş bu memorandumun mətnində deyilir ki, sənədə bir sıra beynəlxalq təşkilatlar və yerli hakimiyyətlər, donorlar, habelə həm Qarabağ münaqişəsi regionunda, həm də onun hüdudlarından kənarda vətəndaş cəmiyyəti nümayəndələri üçün tövsiyələr daxildir.

Memoranduma əsasən, tərəflər arasında etimadın bərpa edilməsi üçün bu mərhələdə aşağıdakı tədbirlər görülməlidir:

- Mülki əhalinin əziyyət çəkdiyi silahlı qarşıdurma zonasında bütün insidentlərin monitorinqi və məlumatlar bazasının yaradılması; vətəndaş cəmiyyəti nümayəndələrinin monitorinq prosesinə cəlb edilməsinə yardım;

- Münaqişə tərəflərinin rəsmi şəxslərinin və kütləvi informasiya vasitələrinin nitqlərinin və çıxışlarının ksenofobiya, ədavət dilinin olub-olmaması üzrə monitorinqi; onların minimuma endirilməsi üzrə beynəlxalq mexanizmlərin işlənib hazırlanması və həyata keçirilməsi;

- Dinc əhali və hərbiçilər arasında qurbanlara son qoyulması məqsədilə konkret tədbirlərin işlənib hazırlanması, o cümlədən silahlı qüvvələrin təmas xətti boyunca snayperlərin fəallığının minimuma endirilməsi; belə insidentlərin monitorinqi və təhlili; atəşkəs rejiminə riayət olunmasına ictimai nəzarətin gücləndirilməsi;

- Zorakılığın qarşısını alan və ritorikadan güc tətbiqi hədələrini çıxaran hüquqi normal və etik qaydalar məcmusunun yaradılması;

- İctimai və humanitar elmərin tədrisi sisteminə və düşmən obrazı ehtiva edən dərsliklərə yenidən baxılması üçün mexanizmlərin işlənib hazırlanması;

- Münaqişəyə cəlb edilmiş cəmiyyətlərin müxtəlif seqmentləri (gənclər, idmançılar, tələbələr və s.) arasında əlaqələrin gücləndirilməsi üçün mövcud dialoq meydanlarının fəallaşdırılması və yeni meydanların yaradılması;

- İctimai rəyin formalaşmasına təsir edən şəxslər (liderlər, ekspertlər, yaradıcı şəxslər, KİV, siyasətçilər və s.) arasında əlaqələrin gücləndirilməsi üçün mövcud dialoq meydanlarının fəallaşdırılması və yeni meydanların yaradılması;

- Qarabağ münaqişəsi bölgəsində mövcud problemlərin həlli məqsədilə təbiəti mühafizə təşkilatlarının əlaqələrinin gücləndirilməsi; ekoloji risklərin minimuma endirilməsi məqsədilə səmərəli nəzarət və ekoloji QHT-lərin cəlb edilməsi üçün mexanizmlərin işlənib hazırlanması və həyata keçirilməsi;

- Münaqişədən birbaşa ziyan çəkmiş insanlar (həlak olmuş, itkin düşmüş şəxslərin ailələri və s.) arasında əlaqələrin və görüşlərin fəallaşdırılması.

Bu zaman qeyd edilir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin müəyyən təkanlara, xüsusən münaqişə tərəfləri arasında etibad tədbirlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılmasına ehtiyac duyduğu bir zamanda ekspertlərin təşəbbüs qrupu münaqişə tərəfləri arasında etimadın möhkəmlənməsinə və əməkdaşlığın inkişafına şərait yaradacaq yuxarıda qeyd edilmiş yolların və metodların fəal şəkildə irəli sürülməsini təklif edir.

Bu layihə Corc Meyson Universitetinin Münaqişələrin təhlili və həlli fakültəsinin Sülhyaratma Təcrübəsi Mərkəzinin və “İmecin” münaqişələrin Transformasiyası Mərkəzinin təşkilati dəstəyi və Britaniyanın Xarici işlər və Birlik işləri üzrə Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
XS
SM
MD
LG