Accessibility links

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində cəbhədə gərginlik


Cəbhə xətti

Cəbhə xətti

Azərbaycan Ordusunun bir əsgəri həlak olub, bir əsgəri isə yaralanıb

Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutması gözlənilən görüşü ərəfəsində də Ermənistan-Azərbaycan cəbhəsində gərginlik davam etməkdədir. Son gün ərzində Azərbaycan Ordusunun bir hərbçisi həlak olub, biri isə yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə avqustun 9-da Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində (Bakıdan 430 kilometr qərb), qoşunların təmas xəttində əsgər Rüfət Fətəlizadə ermənilər tərəfindən açılan atəş nəticəsində həlak olub.

Elə həmin gün Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy rayonu ərazisində (Bakıdan 444 kilometr şimal-qərb), qoşunların təmas xəttində əsgər Orxan Tağıyev qarşı tərəfin atəşi nəticəsində yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyi həmçinin bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub, atışmalar davam edib.

Ermənistan tərəfi sərhəddə baş verənlərlə bağlı hələ məlumat yaymayıb.

Xatırladaq ki, avqustun 10-da Soçidə Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri münaqişənin nizamlanması və cəbhədə yaranmış son gərginliklə bağlı danışıqlar aparacağı gözlənilir.

XS
SM
MD
LG